Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Aprel 2022 13:24
Rusiya Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiya Prezidenti Vladimir Putinə müraciəti əsasında Mariupolda olan əcnəbi vətəndaşların təxliyyəsinə yardım edəcək.
Sonxeber.net "Qafqazinfo"a istinadən xəbər verir ki, bu barədə Rusiya Milli Müdafiəyə Nəzarət Mərkəzinin rəhbəri, general-polkovnik Mixail Mizintsev bildirib.
General-polkovnik vurğulayıb ki, Rusiya Ukraynanın təhlükəli bölgələrindən mülki əhalinin və əcnəbilərin təxliyəsi üçün məqsədyönlü və əlaqələndirilmiş iş aparır: "Bu məqsədlə biz BMT, ATƏT, Beynəlxalq Qızıl Xaç Komitəsi və digər beynəlxalq təşkilatlarla daim qarşılıqlı əlaqədəyik".
O, Rusiya silahlı qüvvələrinin Mariupoldan Berdyanska aparan humanitar dəhliz açacağını və əcnəbi vətəndaşların təxliyəsi üçün sükut rejiminə zəmanət verəcəyini vurğulayıb.