Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ömür uzunluğunu necə artırmaq olar?

Ömür uzunluğunu necə artırmaq olar?

Tarix: 3 Aprel 2022 16:48

Ürək cərrahı Cerald Lemol bildirib ki, limfa sistemi insan ömrünün uzunluğunda mühüm rol oynayır. Onu sağlam saxlamağın isə müəyyən yolları var.

Sonxeber.net oxu.az-a istinadən bildirir ki, həkimin sözlərinə görə, limfatik sistemin fəaliyyətini yaxşılaşdırmaq üçün həftədə bir dəfə 15 dəqiqəlik isti vanna və ya sauna, masaj, yeməklərdə darçın, reyhan, pul bibər, oreqanodan istifadə etmək, mahnı oxumaq, trambolin və ya mini-batutda tullanmaq, yoqa, böyük miqdarda qoz-fındıq və nar yemək, həftədə bir neçə dəfə üzmək, qaçmaq, velosiped sürmək, gündə ən azı bir litr su içmək, sutkada yeddi saat yatmaq və dərindən nəfəs almaq faydalıdır.

Lemol əmindir ki, bu tövsiyyələrə əməl olunması ömür uzunluğunun artmasına da müsbət təsir göstərəcək.


Etiketlər:  Ömür uzunluğunu necə artırmaq olar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ