Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Damarlarınızın zəif olduğunu göstərən SİMPTOMLAR

Damarlarınızın zəif olduğunu göstərən SİMPTOMLAR

Tarix: 3 Aprel 2022 21:45

Kardioloq İrina Vasilyeva insanda damarların zəif olmasına işarə edən simptomları açıqlayıb.

Milli.Az xəbər verir ki, mütəxəssisin fikrincə, əllərdə və ya ayaqlarda uyuşma və qaşınma, soyuq dəri, ayağın, topuq və ya baldırın tez-tez şişməsi bu problemin varlığını göstərə bilər.

"Yaddaş, diqqət, konsentrasiya ilə bağlı problemlər, aşağı ətraflarda ağrılar, varikoz damarlarda və ya hətta ayaqların dərisində xoralar varsa, sağlamlığınıza ciddi diqqət yetirməlisiniz", - ekspert bildirib. 

Kardioloq qeyd edib ki, qan dövranının pozulmasının müxtəlif səbəbləri var. Bunlardan ən çox rast gəlinənləri ateroskleroz, tromboz, şəkərli diabet, artıq çəkidir. Damar divarlarını zədələyən, infarkt və insult riskini artıran əsas səbəblərdən biri isə siqaretdir. (publika.az)

Milli.Az


Etiketlər:  Damarlarınızın zəif olduğunu göstərən SİMPTOMLAR


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ