Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Şəmkirdə əl qumbarası tapılıb (FOTO)

Şəmkirdə əl qumbarası tapılıb (FOTO)

Tarix: 11 Sentyabr 2019 17:36

Bakı. Trend:

Şəmkirdə otlaq sahədə F-1 əl qumbarası aşkarlanıb.

Bu barədə Trend-ə Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) məlumat verilib.

2019-cu il 11 Sentyabr tarixində saat 14:38-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Şəmkir rayonu ərazisində yerləşən Aşıq Teymurov sovxozundan əl qumbarasının tapılması barədə məlumat daxil olub.

Məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Daxili İşlər Nazirliyinin Şəmkir rayon Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Şəmkir rayon Polis şöbəsinin əməkdaşları tərəfindən birlikdə sovxozun yerləşdiyi Əliyaqublu kəndi ərazisində otlaq sahəsinə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polis tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd F-1 əl qumbarası aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Əl qumbarasının ətrafında 300 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Şəmkirdə əl qumbarası tapılıb (FOTO) Şəmkirdə əl qumbarası tapılıb (FOTO) Şəmkirdə əl qumbarası tapılıb (FOTO) Şəmkirdə əl qumbarası tapılıb (FOTO) Şəmkirdə əl qumbarası tapılıb (FOTO) Şəmkirdə əl qumbarası tapılıb (FOTO) Şəmkirdə əl qumbarası tapılıb (FOTO) Şəmkirdə əl qumbarası tapılıb (FOTO) Şəmkirdə əl qumbarası tapılıb (FOTO) Şəmkirdə əl qumbarası tapılıb (FOTO) Şəmkirdə əl qumbarası tapılıb (FOTO) Şəmkirdə əl qumbarası tapılıb (FOTO) Şəmkirdə əl qumbarası tapılıb (FOTO) Şəmkirdə əl qumbarası tapılıb (FOTO)


Etiketlər:  Şəmkirdə əl qumbarası tapılıb FOTO

ƏN ÇOX OXUNAN XƏBƏRLƏR




RƏYLƏR


Populyar Xəbərlər

XƏBƏR LENTİ