Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan nefti 36,2 % bahalaşıb

Azərbaycan nefti 36,2 % bahalaşıb

Tarix: 4 Aprel 2022 14:12

Bu ilin yanvar-mart aylarının nəticələrinə əsasən, dünya bazarında "Azeri Light" (CIF) markalı neftin 1 barelinin orta qiyməti 102,68 ABŞ dollarına bərabər olub.

"APA-Economics"in apardığı hesablamalara görə, bu, ötən ilin müvafiq göstəricisi ilə müqayisədə 41,05 dollar və ya 66,6 % çoxdur.

Cari ilin birinci rübündə ən yüksək göstərici (martın 8-i) - 135,99 dollar təşkil edib, ən minimal göstərici isə (yanvarın 4-ü) 82,49 dollar səviyyəsində olub.

Bu ilin yanvar-mart ayları ərzində Azərbaycan neftinin qiyməti 36,2 % və ya 29,84 dollar artıb.


Etiketlər:  Azərbaycan nefti bahalaşıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ