Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Aprel 2022 15:50
İran sonsuza qədər səbr etməyəcək.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə bu gün keçirdiyi həftəlik mətbuat konfransında deyib.
O bildirib ki, Vyanada nüvə danışıqlarında baş verən proseslər ABŞ-ın yanaşmasına görədir.
"Amerika çalışır ki, nüvə müzakirələrində olan məsələləri öz daxili işlərinin girovluğunda saxlasın. İran və iranlılar səbirlidir, lakin sonsuza qədər səbr etməyəcəklər".
Xətibzadə bildirib ki, əgər ABŞ Vyana danışıqlarında razılıq əldə etmək istəyirsə, öz siyasi qərarını tez bir zamanda verməlidir.