Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Gecə klubundakı partlayışda yanan Ayselin son görüntüsü - VİDEO

Gecə klubundakı partlayışda yanan Ayselin son görüntüsü - VİDEO

Tarix: 5 Aprel 2022 10:15

Bakıda gecə klubunda baş verən partlayışda yaralanan bloqer Aysel Şükürovanın görüntüsü yayılıb. 

Milli.Az xəbər verir ki, bu barədə Ayselin ad gününə getdiyi Raul öz "Instagram" hesabında paylaşıb.

O, qeyd edib ki, Aysel əməliyyat olunub.

Qeyd edək ki, hadisə 3 apreldə Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsində yerləşən gecə klubunda baş verib. Partlayış zamanı ümumilikdə 37 nəfər müxtəlif dərəcəli xəsarət alıb, bir nəfər vəfat edib. Baş vermiş partlayış zamanı xəsarət alanlardan iki nəfər xarici ölkə vətəndaşıdır. Həmçinin 14 avtomobil, bir mənzil və iki qeyri-yaşayış obyektinə də ziyan dəyib, üç nəfər həbs edilib.

Milli.Az


Etiketlər:  Gecə klubundakı partlayışda yanan Ayselin görüntüsü VİDEO


RƏYLƏR