Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Aprel 2022 12:18
Rusiya ötən gecə Ukraynada 134 hərbi obyekti vurub.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bildirib.
"Gecə saatlarında Rusiya Hava kosmik Qüvvələrinin operativ-taktiki aviasiyası və raket qoşunları Ukraynanın 134 hərbi obyektini vurub. Onların arasında səkkiz komanda məntəqəsi və rabitə mərkəzi, S-300 zenit-raket kompleksinin işıqlandırılması və yönləndirilməsi üçün bir radar, "Toçka-U" raket kompleksi üçün bir buraxılış qurğusu, altı sursat və iki yanacaq anbarı, həmçinin 85 dayaq məntəqəsi və Ukrayna hərbi texnikasının cəmləşdiyi ərazilər var", - deyə Rusiya MN rəsmisi vurğulayıb.