Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

1-i azyaşlı olmaqla 6 nəfər xilas edilib

1-i azyaşlı olmaqla 6 nəfər xilas edilib

Tarix: 5 Aprel 2022 13:32

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

Bu barədə Milli.Az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Belə ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 124 yanğına çıxış və 7 köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 1-i azyaşlı olmaqla 6 nəfər xilas edilib, yanğın zamanı 1 nəfər təxliyə olunub.

Həmçinin, Bakı şəhəri, Yasamal rayonunda 1966-cı il təvəllüdlü Məmmədov Abbas Kamal oğlunun və Mingəçevir şəhərində 1952-ci il təvəllüdlü Məmmədova Tükəzban Məmməd qızının meyitləri bağlı qapı arxasında aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Milli.Az


Etiketlər:  1 i azyaşlı olmaqla 6 nəfər xilas edilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ