Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ərazi hasarlanıb, yol bağlanıb - 10 ildən çoxdur tikinti aparılmır - VİDEO

Ərazi hasarlanıb, yol bağlanıb - 10 ildən çoxdur tikinti aparılmır - VİDEO

Tarix: 5 Aprel 2022 14:14

Ərazi hasarlanıb, yol bağlanıb... Ancaq illərdir heç bir tikinti aparılmır. 

Sonxeber.net Xəzər TV-yə istinadən xəbər verir ki, söhbət Metronun Həzi Aslanov stansiyasının ətrafı, Xudu Məmmədov və Məhəmməd Hadi küçələrinin kəsişməsindən gedir. Nəhəng qaldırıcı kranlar buranın daimi sakininə çevrilblər. Sözügedən vəziyyətdən ən çox əziyyət çəkənlər isə başqa sakinlərdir - burada yaşayan insanlar. Onlar illərdir ki, daraldılmış səkilərlə, hasarların dibi ilə hərəkət etmək məcburiyyətində qalırlar. 

Sakinlər deyir ki, ərazi bağlanarkən onlara inşaat işlərinin qısa müddətdə başa çatacağı bildirilib. Ancaq üzərindən 10 ildən artıq vaxt keçməsinə baxmayaraq burada heç bir iş görülməyib. 

Sakinlərin sözlərinə görə, ərazinin hasara alınmasından sonra bir çox obyekt sahibləri də işlərini dayandırıb.

Məsələ ilə bağlı "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətindən "Xəbər Ertəsi"nə bildirildi ki, Bakının yeni Baş planında metro stansiyalarının inşası, o cümlədən xətlərin ayrılması layihəsi də yer alır. Yeni inşa edilənlərdən biri də Yaşıl xəttin üzərində, "Xətai" metrostansiyasından sonra yerləşən və şərti adı "Həzi Aslanov-2" olan stansiyadır. Həmin ərazidə də "Həzi Aslanov-2" stansiyası üzrə tikinti işləri gedir. İşlərin nə vaxt yekunlaşacağı isə məlum deyil.


Etiketlər:  Ərazi hasarlanıb bağlanıb ildən çoxdur tikinti aparılmır VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ