Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Niyə külək yalnız məktəblərin damını uçurdur?

Niyə külək yalnız məktəblərin damını uçurdur?

Tarix: 5 Aprel 2022 18:26

Ötən gün əsən güclü külək nəticəsində Xırdalan şəhər 9 nömrəli və Suraxanı rayonu 278 nömrəli tam orta məktəbin dam örtüyü uçdu. Xoşbəxtlikdən xəsarət alan olmadı. Maraqlısı odur ki, son illər yeni təmirdən çıxmış məktəb binalarında bu cür hallar tez-tez müşahidə olunur.

Sonxeber.net xəbər verir ki, bu barədə axar.az-a açıqlama verən təhsil eksperti Kamran Əsədov bildirib ki, Azərbaycanda məktəb tikintiləri ilə bağlı tenderlərin heç biri şəffaf deyil.

"İlkin planda qeyd olunan tikinti normalarına riayət edilmir. Bəzi bölgələrimizdə qarın qalınlığı artan kimi məktəblərin damı çökür. Orta ümumtəhsil məktəblərinin binalarının tikintisi Nazirlər Kabinetinin 2012-ci ildə qəbul etdiyi 171 saylı qərarı əsasında həyata keçirilir. Məktəb binası tikilərkən yerləşdiyi ərazinin iqlimi nəzərə alınmalıdır. Zəlzələ ehtimalı belə dəyərləndirilməlidir".

Ekspert qeyd edib ki, ölkə üzrə 4432 orta ümumtəhsil müəssində 1,6 milyon şagird təhsil alır:

"Baş verən hadisə göstərdi ki, tikinti normalarına riayət olunmaması nə qədər şagirdin həyatını riskə atır. Xüsusən son illər tikilən məktəb binalarında bu cür hadisələr müşahidə edirik. Bu isə onu göstərir ki, tenderlərdən sonra ciddi pul yeyintisi, qanun pozuntusu var. Bu, ciddi bir qüsurdur. Bu, birinci hal deyil. İlin dörd fəslində bunu görürük".

O bildirib ki, məktəblər tikilib istifadəyə verildikdən sonra Təhsil Nazirliyi və digər təhsil qurumları tərəfindən təhvil alınmalıdır:

"İndiyə qədər tikilib istifadəyə verilmiş 3500 məktəbin heç biri tikinti başa çatdıqdan sonra təhvil alınmayıb. Məktəbi açıb tədrisi başladıblar. 225 nömrəli məktəbin, Sabunçu və Suraxanıda yerləşən məktəblərin 1 il ərzində 2 dəfə dam örtüyü aşıb. Ümid edirəm ki, cəzalandırılma tədbirləri həyata keçiriləcək. Təhsil Nazirliyinin tikintiyə nəzarət şöbələri, tenderləri həyata keçirənlər insan taleyi amilini mütləq nəzərə almalıdırlar".


Etiketlər:  Niyə külək yalnız məktəblərin damını uçurdur


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ