Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türk əri ilə FOTOsunu paylaşan Pərvin: ''İstədiyin kimi yaşa..'' - FOTO

Türk əri ilə FOTOsunu paylaşan Pərvin: ''İstədiyin kimi yaşa..'' - FOTO

Tarix: 5 Aprel 2022 19:35

Azərbaycanlı model Pərvin Həsənzadə yeni paylaşımı ilə diqqət çəkib.

Sonxeber.net baku.ws-ə istinadən xəbər verir ki, o, instaqram hesabında memar həyat yoldaşı Cihad Önərlə yeni fotosunu paylaşıb. Pərvinin bu paylaşımı izləyiciləri tərəfindən maraqla qarşılanıb. Model əri ilə olan şəklinə bunları da yazıb:

"Həyatı istədiyin kimi yaşamalısan. Başqaları nə istəyir deyə deyil. O zaman inkişaf və xoşbəxtlik sənin yanında olacaq".

Modelin həyat yoldaşı ilə olan paylaşımına çoxsaylı bəyənmə gəlib, xeyli şərh yazılıb.

Qeyd edək ki, uzun illərdir Türkiyədə fəaliyyət göstərən Pərvin ötən ilin sonlarında evlənib. Onun təmtəraqlı nikah mərasimi Sait Halim Paşa yalısında baş tutub.


Etiketlər:  Türk əri ilə FOTOsunu paylaşan Pərvin İstədiyin kimi yaşa FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ