Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiya qoşunları Xersondan qaçmağa hazırlaşır

Rusiya qoşunları Xersondan qaçmağa hazırlaşır

Tarix: 5 Aprel 2022 21:38

"Rusiya Federasiyasının qoşunları Xersonu təslim etməyə hazırlaşır. Rusiyalılar artıq Nikolayev vilayətində deyillər".

Sonxeber.net UNİAN-a istinadən bildirir ki, bunu Ukrayna Prezident Ofisi rəhbərinin mühaviri, hərbi ekspert Aleksey Arestoviç jurqalist Tatyana Popovaya müsahibəsində deyib.

"Ruslar artıq Xersonu təslim olmağa hazırlayıblar. Bu barədə çox az adam bilir, lakin onlar ciddi şəkildə Xersonu tərk etməyi düşünürlər. Bu, Xersonun sabah azad ediləcəyi demək deyil. Lakin hər şeyə rəğmən, rusiyalılar Xersondan çıxacaqlar", - A.Arestoviç söyləyiö

Onun sözlərinə görə, Nikolayevdə ümumiyyətlə, rusiyalı hərbçilər olmasa da, Xersonda hələ də döyüşlər gedir.

Arestoviçin proqnozuna görə, Rusiya Federasiyasının Ukrayna ərazisində genişmiqyaslı hücum əməliyyatları keçirməyə gücü qalmayıb.

"Ruslar çox konstruktiv və aktivdirlər. Ruslar danışıqların aparılmasını xahiş edir, onlar fəal tərəfdir. Əsas intriqa Luqansk və Donetsk vilayətlərinin inzibati sərhədi boyunca və ya fevralın 23-dək olan inzibati sərhədidir", - Aretoviç bildirib.


Etiketlər:  Rusiya qoşunları Xersondan qaçmağa hazırlaşır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ