Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Aprel 2022 17:45
Müğənni Bergeni qətlə yetirən keçmiş əri Halis Özgür bir müddət əvvəl ekranlara çıxan "Bergen" filminin prodüser şirkətinə qarşı maddi və mənəvi təzminat tələbi ilə məhkəməyə verib.
Sonxeber.net olay-a istinadən xəbər verir ki, onun vəkili Taylan Perver Yalnız müvəkkilinin həyatının onun razılığı olmadan filmin mövzusuna çevrildiyini bildirərək "Sözügedən şəxsə inanılmaz qədər ölüm təhdidləri gəlir. Bununla belə, sosial mediada davamlı olaraq təhqirlərə məruz qalır. Şəxsin razılığı olmadan film çəkilib", - deyə vurğulayıb.
Qeyd edək ki, 1989-cu ildə boşandığı həyat yoldaşı Halis Özgür tərəfindən öldürülən müğənni Bergenin həyatından bəhs edən filmi mart ayında nümayiş olunub. Baş rollarda Farah Zeynep Abdullah, Tilbe Saran və Erdal Beşikçioğlunun yer aldığı ekran işi böyük marağa səbəb olub.
Layihə Bergeni öldürən Halis Özgürün yaşadığı Adananın Kozan rayonunda nümayiş etdirilməyib.