Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Aprel 2022 20:45
Mərhum Xalq rəssamı Tahir Salahovun qızı, rəssam və heykəltaraş Aydan Salahova onkoloji xəstəlikdən əziyyət çəkir.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, o, bu haqda "Dojd" telekanalının təsisçisi və baş direktoru Natalya Sindeyevanın yutub layihəsində qonaq olarkən etiraf edib. Salahova bildirib ki, xəstəliyini gizli saxlayıb:
"Çünki atam sağ idi. Bu haqda danışmaq istəmirdim. Onun narahat olmasını istəmirdim. Bunu 2017-ci ildə öyrəndim. İnanırdım ki, bütün müalicəni keçəcəm və hər şey yaxşı olacaq. Xərçəngdən qorxmurdum. Amma bilmirdim ki, şüa terapiyasından sonra belə əks-təsirləri olacaq, buna hazır deyildim".
Rəssam qeyd edib ki, terapiyadan sonra 3 ay İtaliyada qalıb:
"Qorxdum, bunu beynimdə hesablamamışdım. Moskvada aldığım şüa terapiyasından sonra üç ay İtaliyada qaldım. Ola bilsin, İtaliyaya səfər etməyim səhv addım idi, mən çalışmalı idim.
Şüa terapiyası alarkən iki əsər fikirləşmişdim: "Gizli axşam" və "Pyeta". Getdim və gündə bir-iki saat işləməyə başladım, bu, çox ağrılı idi. Sonra Münhendə məni əks-təsirlərdən xilas edirdilər. Məni bitirməbitirməli olduğum işim ayaqda saxladı.
Psixoloqumun mənə ilk sualı bu oldu: Siz bu xəstəlikdən nə qazandınız? Cavab verdim ki, mən "yox" deməyi bacarmırdım. Bu xəstəlik mənə "yox" deməyi öyrətdi".