Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Avropa Komissiyası Maltanı məhkəmə ilə hədələyib

Avropa Komissiyası Maltanı məhkəmə ilə hədələyib

Tarix: 6 Aprel 2022 22:56

Avropa Komissiyası Maltaya pul müqabilində pasport verilməsinə son qoymaqla bağlı xəbərdarlıq edib.

Milli.Az APA-ya istinadən bildirir ki, Komissiya 2020-ci ilin oktyabrında Kipr və Malta ilə bağlı təhqiqata başlayıb. Hər 2 ölkədən "qızıl pasport" verilməsini dayandırmaq tələb edilib. Kipr Respublikası 2021-ci ildə bu proseduru dayandırsa da, Malta investisiya qarşılığında pasport verməyə davam edir.

Britaniya hökuməti ukraynalı qaçqınlara sığınacaq verən ailələrə pul ödəyəcək
Malta pasportu əldə edən şəxslər Aİ ərazisində sərbəst hərəkət edə bilirlər. Bundan əsasən Çin və Rusiya vətəndaşları faydalanır.

Komissiya Malta rəhbərliyinə yenidən xəbərdarlıq məktubu göndərilib. Məktubda göstərilir ki, 2 ay ərzində müvafiq tədbir görülməsə Avropa Ədalət Məhkəməsinə müraciət ediləcək.

Milli.Az


Etiketlər:  Avropa Komissiyası Maltanı məhkəmə ilə hədələyib


RƏYLƏR