Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Sentyabr 2019 07:24
Bakı. Trend:
Rusiya prezidenti Vladimir Putin sentyabrın 12-də Soçidə İsrailin baş naziri Benyamin Netanyahu ilə danışıqlar aparacaq.
Trend-in məlumatına görə, liderlər ikitərəfli əməkdaşlığın gələcək inkişafı məsələlərini nəzərdən keçirmək, eləcə də Yaxın Şərqdəki vəziyyət barədə fikir mübadiləsi aparmağını planlaşdırırlar.
Netanyahu bu il üçüncü dəfə Rusiyaya gəlir, o, Moskvaya fevral və aprel aylarında səfər edib.
İsrail baş nazirinin özü Rusiya dövlətinin başçısı ilə "hərbi qüvvələrin koordinasiyasını davam etməsini" müzakirə etmək istədiyini söyləyib.
İsrailin Baş naziri Rusiyanın Müdafiə naziri Sergey Şoyqu ilə də görüşməyi planlaşdırır.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin