Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

4 şahmatçımız dünya kubokuna vəsiqə qazanıb

4 şahmatçımız dünya kubokuna vəsiqə qazanıb

Tarix: 7 Aprel 2022 07:48

Sloveniyada kişi şahmatçılar arasında şəxsi Avropa çempionatı başa çatıb.

Qitə birinciliyində təmsilçilərimizdən ən yaxşı nəticəni Vasif Durarbəyli göstərib. Belə ki, 11 turdan 8 xal toplayan şahmatçımız 3-8-ci yerləri bölüşüb. Digər şahmatçılarımızdan 7,5 xal qazanan Abdulla Qədimbəyli, Misrətdin İsgəndərov, Qədir Hüseynov müvafiq olaraq 9-10-11-ci yerlərdə, Nicat Abasov isə 26-cı pillədə qərarlaşıb.

Yarışın qalibi 8,5 xalla almaniyalı Matias Blubaum olub.

Qitə birinciliyinin nəticələrinə əsasən, ilk 20-likdə qərarlaşan şahmatçılar 2023-cü ildə keçiriləcək dünya kuboku yarışlarına vəsiqə qazanıblar.

Milli.Az


Etiketlər:  4 şahmatçımız dünya kubokuna vəsiqə qazanıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ