Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Tanınmış aktyor vəfat etdi

Tanınmış aktyor vəfat etdi

Tarix: 7 Aprel 2022 15:45

Tayvanlı aktyor, döyüş ustası Cimmi Vanq Yu 79 yaşında vəfat edib.

Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, bu barədə "Deadline" onun qızı Lindaya istinadən məlumat yayıb. Son 6 ildir adı açıqlanmayan xəstəlikdən əziyyət çəkən aktyor müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, Vanq Yu 1960-cı illərdə Honq-Konq kinostudiyası - "Shaw Brothers"in döyüş filmlərində rol alıb. Onun ən məşhur filmi "Bir qollu qılınc ustası"dır. Bu, studiyanın yerli kassada bir milyon Honq Konq dolları toplayan ilk işi olub.

Ümumilikdə Vanq Yu 40 döyüş və döyüş sənəti filmlərində rol alıb. O, sonuncu dəfə 2013-cü ildə "Ruh" adlı ekran işində çəkilib.


Etiketlər:  Tanınmış aktyor vəfat etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ