Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Paşinyan Ermənistan tərəfdən itkin düşənlərin sayını açıqladı

Paşinyan Ermənistan tərəfdən itkin düşənlərin sayını açıqladı

Tarix: 7 Aprel 2022 16:34

"44 günlük müharibə nəticəsində Ermənistan tərəfindən 208 nəfər itkin düşüb".

Sonxeber.net "Sputnik Ermənistan"a istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib.

"Birinci Qarabağ müharibəsi və 44 günlük müharibə nəticəsində ümumilikdə 985 nəfər itkin düşüb", - deyə Paşinyan söyləyib.

Onun sözlərinə görə, Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel ilə görüşdə itkin düşənlərin taleyinə aydınlıq gətirilməsi üçün əməkdaşlıq imkanları müzakirə olunub.


Etiketlər:  Paşinyan Ermənistan tərəfdən itkin düşənlərin sayını açıqladı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ