Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rus diplomatlarını çıxaran ölkələr sərt cavablar alacaq - Zaxarova

Rus diplomatlarını çıxaran ölkələr sərt cavablar alacaq - Zaxarova

Tarix: 7 Aprel 2022 16:38

Rusiya diplomatlarını ölkədən çıxaran ölkələr Moskvadan sərt cavablar alacaqlar.

Sonxeber.net bildirir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova "Solovyov Live" layihəsinin efirində deyib.

"Onlar bizim üçün faydalı olan sərt cavab alacaqlar", - diplomat bildirib.

Zaxarova onu da əlavə edib ki, bu Qərb ölkələri öz ərazilərindəki Rusiya səfirliklərini bağlamayacaqlar.

"Onlar başa düşürlər ki, bu halda Rusiyadakı səfirliklərində anbar kilidi görəcəklər", - Xarici İşlər Nazirliyinin sözçüsü deyib.

Aslan Məmmədov


Etiketlər:  diplomatlarını çıxaran ölkələr sərt cavablar alacaq Zaxarova


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ