Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

May ayında bu qadağalar ləğv oluna bilər - VİDEO

May ayında bu qadağalar ləğv oluna bilər - VİDEO

Tarix: 7 Aprel 2022 17:48

Azərbaycanda bir müddətdir koronavirusa yoluxma hallarında kəskin azalma müşahidə edilir. Sözsüz ki, yoluxma hallarının azalmasında vaksinasiya prosesinin yüksək səviyyədə həyata keçirilməsi mühüm rol oynayır. Sahiyyə Nazirliyinin mütəxəsssisi Təyyar Eyvazov  yaxın vaxtlarda qüvvədə olan azsaylı qadağalarla bağlı yeni qərarların verilə biləcəyini istisna etməyib. 

Koronavirusla bağlı mövcud epidemioloji durum karantin rejimi çərçivəsində bəzi qaydalara dəyişklik etməyə imkan verir

Səhiyyə Nazirliyinin mütəxəssisi Təyyar Eyvazov bildirib ki, yaşı 18-dən yuxarı şəxslərin təxminən 60-70 faizdən çoxu COVID-19-a qarşı peyvənd olunub. Təyyar Eyvazov qeyd edib ki, vəziyyətdən asılı olaraq yaxın vaxtlarda qüvvədə olan qadağalarla bağlı yeni qərarlar verilə bilər.

Təyyar Eyvazov deyir ki, yoluxma sayının azalması insanları arxayınlaşdırmamalıdır.

Mütəxəssis əlavə edib ki, ölkədə pandemiya ilə əlaqədar mövcud vəziyyət tam nəzarət altındadır.


Etiketlər:  ayında qadağalar ləğv oluna bilər VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ