Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Avropada, Türkiyədə rəfiqələrimlə gecə klubuna getmişəm, amma…” - Rövşanə Ağasəfqızı

“Avropada, Türkiyədə rəfiqələrimlə gecə klubuna getmişəm, amma…” - Rövşanə Ağasəfqızı

Tarix: 7 Aprel 2022 23:20

"Bu gün deyə bilmərik ki, kimsə gecə klubuna gedirsə, əxlaqsızdır. Partlayış baş verən klubda ölən və yaralananlar haqqında nələr demədilər. Kimin üçünsə o cür yaşayış tərzi normaldır, kimin üçün isə əxlaq çərçivəsindən kənardır. Hər kəs istədiyi kimi yaşaya bilər, hər kəs azaddır, təbii ki, özbaşınalığı çıxmaq şərti ilə".

Sonxeber.net musavat.com-a istinadən bildirir ki, bu sözləri tanınmış tele-aparıcı Rövşanə Ağasəfqızı deyib.
Tele-aparıcı özünün də Avropa və Türkiyədə bu cür məkanlara getdiyini açıqlayıb:

"Bu gün kimsə gedib gecə klubunda əylənirsə, kimin nə haqqı çatır ki, ona əxlaqsız desin. Axı ölkəmizdə gecə klubu qadağan olunmayıb. Əgər gecə klubu əxlaqsız yuvasıdırsa, onda qadağan olunsun və deyilsin ki, bu cür məkanlara getmək olmaz.

Olub ki, mən də Avropada və yaxud Türkiyədə olarkən dost və ya rəfiqələrim ilə işdən sonra əylənmək üçün gecə klubuna getmişik. Oturub mahnı dinləmişik, əylənmişik və normal şəkildə evimizə getmişik. İnsanların əylənməyə haqqı var".


Etiketlər:  Avropada Türkiyədə rəfiqələrimlə gecə klubuna getmişəm amma Rövşanə Ağasəfqızı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ