Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ukraynada silaha sarılan karateçi dünyanın ən yaxşı idmançısı seçildi - FOTO

Ukraynada silaha sarılan karateçi dünyanın ən yaxşı idmançısı seçildi - FOTO

Tarix: 7 Aprel 2022 23:28

Ukraynalı karateçi, olimpiya mükafatçısı, X Ümumdünya Oyunları və II Avropa Oyunlarının qalibi Stanislav Qoruna Beynəlxalq Ümumdünya Oyunları Assosiasiyası (IWGA) tərəfindən mart ayının ən yaxşı idmançısı seçilib.

Milli.Az oxu.az-a istinadın bildirir ki, son Avropa çempionu olan və 2020-ci ilin ikinci ən yaxşı atleti seçilmiş Qoruna martın 1-də Ümumdünya Oyunlarına vəsiqə də qazanıb. O, dünya reytinqində 75 kq çəki dərəcəsində ikinci olmaqla bu hüququ əldə edib.

Lakin 33 yaşlı idmançının ABŞ-ın Birmingem şəhərində (Alabama ştatı) 7-17 iyul tarixlərində keçiriləcək XI Ümumdünya Oyunlarında iştirakı sual altına düşüb. Buna səbəb Lvovdan olan idmançının əlinə silah alıb vətənini müdafiə etməsi üçün Ukrayna ordusuna qoşulmasıdır.

Bu barədə IWGA-nın prezidenti Xose Perurena və Birmingem Təşkilat Komitəsinin rəhbəri Nik Selers çıxış edib: "Biz hər şeyi edəcəyik ki, Stanislav Qoruna və Ukraynadan olan digər idmançılar (ümumilikdə 137 Ukrayna idmançısı bu yarışa vəsiqə qazanıb - S.M.) öz ölkələrini Ümumdünya Oyunlarında təmsil etsinlər".

Qeyd edək ki, 75 kq çəki dərəcəsində Ümumdünya Oyunlarına Azərbaycandan Rafael Ağayev vəsiqə qazana bilməyib. O, son dünya çempionatında ilk "üçlüy"ə düşə bilmədiyi və martın 1-də açıqlanmış reytinqdə ilk sıralarda qərarlaşmadığı üçün bu mötəbər yarışdan kənarda qalıb.

Azərbaycanı katada Roman Heydərov, kumitedə Asiman Qurbanlı (+84 kq) və İrina Zaretskaya (-68 kq) təmsil edəcəklər. Asiman ötən il Dubayda keçirilmiş dünya çempionatında bürünc, İrina isə qızıl medal qazandığı üçün bu hüquqa yiyələnib.

Milli.Az


Etiketlər:  Ukraynada silaha sarılan karateçi dünyanın ən yaxşı idmançısı seçildi FOTO


RƏYLƏR