Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Aprel 2022 09:40
Bolqarıstan polisi Rumıniyanın keçmiş turizim naziri Yelena Udryanı saxlayıb.
Sonxeber.net lent.az-a istinadən xəbər verir ki, bu barədə Bolqarıstanın Daxili İşlər Nazirliyinin mətbuat mərkəzi məlumat yayıb.
"Ruminya polsinin müraciəti əsasında bu ölkədən çıxan avtomobilin araşdırılması xahiş edilib. Həmin avtomobil Bolqarıstan-Yunanıstan sərhədindəki "Kulata" sərhəd-keçid məntəqəsi yaxınlığında aşkarlanıb və həbs qərarı əsasında 24 saat saxlanılıb",-deyə məlumatda bildirilir.
Yelena 2010-2011-ci illərdə turizim naziri olub. O korrupsiya ittihamı ilə altı il müddətinə azadlıqdan məhrum edilmişdir.
Rumıniya xüsusi xidmət orqanlarının məlumatına görə, Udrya vəzifəsində olarkən müxtəlif şirkətlərdən 1,1 milyon avrodan çox rüşvət alıb.