Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyəyə qarşı plan iflasa uğradı: Ərdoğanın dediyini edəcəklər

Türkiyəyə qarşı plan iflasa uğradı: Ərdoğanın dediyini edəcəklər

Tarix: 8 Aprel 2022 10:20

"10 il gözləyə bilmərik və bu kimi şeylərə milyardlarla dollar xərcləməyimizə ehtiyac yoxdur".

Sonxeber.net metbuat.az-a istinadən xəbər verir ki, ABŞ-ın Dövlət katibinin köməkçisi Viktoria Nuland Vaşinqtonun İsrail təbii qazının Avropaya nəqlini nəzərdə tutan "EastMed" layihəsindən çəkilməsini belə şərh edib. O bildirib ki, təbii qazın Avropaya nəqli üçün daha uyğun plana ehtiyac var.

Qeyd edək ki, İsrail təbii qazının Avropaya nəql edilməsinin ən uyğun yolu Türkiyə üzərindən keçməsidir. Prezident Rəcəb Tayyib Ərdoğan bunu dəfələrlə bəyan edərək, region ölkələrini əməkdaşlığa dəvət etmişdi. "EastMed" layihəsi isə İsrail təbii qazını Yunanıstan üzərindən Avropaya nəqlini nəzərdə tuturdu.

Xarici KİV-lərin iddiasına görə, Rusiyaya qarşı sanksiyalardan sonra region ölkələri İsrail təbii qazının Türkiyə üzərindən keçməsinə razılıq verib.


Etiketlər:  Türkiyəyə qarşı plan iflasa uğradı Ərdoğanın dediyini edəcəklər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ