Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Siqaret çəkənlərin DİQQƏTİNƏ - Bu pulla avtomobil ala bilərsiniz - VİDEO

Siqaret çəkənlərin DİQQƏTİNƏ - Bu pulla avtomobil ala bilərsiniz - VİDEO

Tarix: 8 Aprel 2022 14:12

10 il ərzində siqaretə xərclənən pula avtomobil almaq olar.

Ölkədə siqaret çəkən, bu məhsulun aludəçisi olan xeyli insan var var. Tütün məhsulları sağlamlığa zərər verməklə yanaşı, insanların cibinə də təsir edir. Siqaret çəkənlər bildirirlər ki, 1 gün üçün 2 və ya 3 qutudan hesabladıqda, aylıq 200 manatdan çox xərcə düşürlər.

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, vətəndaşlar bildirirlər ki, siqaretə verdikləri pulu yığsalar, 5 və ya 10 ilə hər hansı bir əmlaka sahib ola bilərlər.

İqtisadçı ekspert Fuad İbrahimov isə deyir ki, ucuz və bahalılığından asılı olmayaraq siqaretə verilən aylıq vəsaiti toplayaraq ipoteka kreditinin bir hissəsini ödəmək mümkündür. 

Psixoloq Fərqanə Mehmanqızı isə bildirir ki, siqaretdən imtina edə bilməməyin səbəbi nikotinin orqanizmdə yaratdığı asılılıqdan əlavə psixoloji aludəçilikdir. Buna görə də bu zərərli vərdişi tərgitməyin əsas yolu qarşıya hansısa önəmli bir hədəf qoymaqdır. 

Siqaret həm maddi, həm də fiziki cəhətdən insana sərbə vurur. Həkimlərin sözlərinə görə, nikotin xərçəng xəstəliyinin yaranmasına da səbəb olur və ölüm riskini artırır. 

Milli.Az


Etiketlər:  Siqaret çəkənlərin DİQQƏTİNƏ Bu pulla avtomobil ala bilərsiniz VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ