Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Ata-ana səbr edir ki, övladı bəlkə düz yola gəldi, nankor, xisləti pis insan...”

“Ata-ana səbr edir ki, övladı bəlkə düz yola gəldi, nankor, xisləti pis insan...”

Tarix: 8 Aprel 2022 15:10

"9 aydır ki, nəvələrim mənimlədir. Moskvadan gəldim, uşaqlar dedilər ki, heç yana getmirik, burada qalırıq. Gəldilər və getmədilər. Onlara mənim canım qurban olsun. Mənim üçün o qədər darıxmışdılar ki, aeroportda olanda zəng edirdilər ki, ay nənə çatmırsan?"

Milli.Az xəbər verir ki, bunu moderator.az-a açıqlamasında əməkdar artist Mətanət İsgəndərli deyib. O daha sonra əlavə edib.

"Bəzən oğlumla bağlı mənə sual ünvanlayırlar. Sizin saytınız vasitəsilə demək istəyirəm ki, mənə özümlə bağlı sual versinlər, oğlumla bağlı yox. Bu onun şəxsi həyatıdır, mənə qadağa qoyub onun haqda danışmağı. Mən Allahdan yalnız səbr, səbr, səbr arzulayıram. Gecə-gündüz Allahlayam, o gec-tez hər şeyi üzə çıxaracaq. Bu mənim imtahanımdır, Allah bu imtahandan məni üzüağ çıxaracaq. Hər zərərdə bir xeyir var, biz elə bilirik ki, bu bizim zərərimizədir, amma bilmirik ki, xeyrimizədir. Allah ən pis bəndəsini belə cəzalandırmır, səbr edir ki, bəlkə düz yola qayıtdı. Necə ki, ata-ana da övladına görə səbr edir ki, bəlkə düz yola gəldi. 35 ildir ki, xalqımla dərdimi, sevincimi bölmüşəm. Bu gündən sonra da onlarla birlikdə addımlayacağam. Bir pis xüsusiyyətim var ki, insanları çox sevirəm, həmişə də başıma nə gəlirsə buna görə gəlir. Gərək sevginin də normasını biləsən, mən bilmirəm. Buna görə də nankor, xislətləri pis olan insanlar mənim saflığımdan, qəlbimin təmizliyindən istifadə ediblər. Eybi yoxdur, Allah hamının ürəyinə görə versin. Elələri var ki, Allahı ürəklərindən çıxarıb, şeytanı qonaq ediblər" deyə əməkdar artist bildirib.

Mətanət İsgəndərli atasından da danışıb.

"Fəxr edirəm ki, elə bir atanın qızıyam. Bu dünyada elə insanlar çox az qalıb, demək olar ki, qalmayıb. Övlad valideynin güzgüsüdür. Atam imam kimi bir insan idi, 87 il şərəflə, öz zəhməti, namusu ilə, alnıaçıq, üzüağ yaşadı. Atam əmək qəhrəmanı idi, qızıl ordeni var idi. Sovetlər birliyində yerli soveti deputatı idi. Brejnevin, Ulu Öndər Heydər Əliyevin qarşısında çıxışları olub. Əmimlə birlikdə bir çox yerlərdə işləyib, briqadası var idi. Atamın əlləri qabarlı idi. Səbail rayonunda plana düşən evimi də atamla əmim tikmişdi. Mənə deyirdilər ki, isti-istidir, havalısan deyə hələ ağrını hiss etməyəcəksən, bir azdan onu axtaracaqsan. Mən onu hər zaman axtarıram. Qızım Ülkər gəlin köçəndən sonra atam mənimlə birlikdə yaşadı. Dedim ki, gəl qal mənimlə. 6-7 ildir ki, mənimlə birlikdə qalırdı. Çox bağlanmışdım atama. Demək olar ki, onun itkisi mənə daha çox təsir etdi. Hara gedirdimsə onu da aparırdım, uşaq kimi sevinirdi. Elə bilirdim ki, məni qoruyur" deyə Mətanət İsgəndərli deyib.

Milli.Az


Etiketlər:  səbr edir övladı bəlkə düz yola gəldi nankor xisləti insan


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ