Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Aprel 2022 21:02
Qazaxıstan vatsap, feysbuk, teleqram messencerlərinin fəaliyyətini məhdudlaşdıra bilər.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, Qazaxıstan xarici sosial şəbəkələri və messencerləri bloklaya biləcək.
Müvafiq dəyişikliklər hökumət tərəfindən hazırlanıb. Sənəddə qeyd olunur ki, yalnız Qazaxıstan qanunlarını pozan proqramların işi məhdudlaşdırılacaq. Bundan başqa, saytlar və messencerler istifadəçilərin sayı haqqında məlumat tələb edəcəklər. Həmçinin terrorizmin maliyyələşdirilməsi risklərinin müəyyən edilməsi məqsədilə qeyri-kommersiya təşkilatlarının işinə nəzarətin həyata keçirilməsi nəzərdə tutulur.
Dəyişikliklərin ictimai müzakirəsi aprelin 12-dək davam edəcək.
Ekspertlərin fikrincə, bu il martın 10-da uşaqların müdafiəsi ilə bağlı sosial şəbəkələrin bloklanması Qazaxıstanı ildə 5 milyard dollar itkilərə gətirib çıxaracaq.