Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Aprel 2022 00:02
ABŞ Prezidenti Co Bayden Ukraynanın Donetsk vilayətinin Kramatorsk dəmiryolu vağzalını raket atəşinə tutulmasına münasibət bildirib.
Sonxeber.net "report"-a istinadən bildirir ki, bu barədə Amerika lideri tvitter-də yazıb.
Bayden Kramatorsk dəmiryolu vağzalına hücumu pisləyib:
"Ukrayna dəmir yolu vağzalına hücum Rusiyanın törətdiyi daha bir dəhşətli vəhşilikdir, təhlükəsiz yerə çatmağa çalışan mülki şəxsləri vurur. Müttəfiqlərimiz və tərəfdaşlarımızla birlikdə Rusiyanın hərəkətlərini sənədləşdirmək və onları məsuliyyətə cəlb etməklə bu hücumu araşdırmaq səylərini dəstəkləyəcəyik".
Qeyd edək ki, Rusiyanın Ukraynanın Donetsk vilayətinin Kramatorsk dəmiryolu vağzalını raket atəşinə tutması nəticəsində 50 nəfər ölüb.