Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Vətənə səfər etmək belə həmişə bir təcrübədir'' - Rüfət Dadaşov

''Vətənə səfər etmək belə həmişə bir təcrübədir'' - Rüfət Dadaşov

Tarix: 12 Sentyabr 2019 12:36

“Əlbəttə, oyuna çıxmaq istərdim. Amma vətənə səfər etmək belə həmişə bir təcrübədir”.

Qol.az-ın məlumatına görə, Almaniya 3-cü Bundesliqa təmsilçisi  “Proyssen”də çıxış edən
millimizin üzvü Rüfət Dadaşov "Bild" nəşrinə açıqlamasında deyib.

Avro-2020-nin seçmə mərhələsində bu ay keçirilən matçlar üçün yığmamıza çağırılan və Uels və Xorvatiya ilə görüşlərdə ehtiyatda qalan 28 yaşlı hücumçu   son matçdan dərhal sonra təxminən 02:30-da Bakını tərk edib.

R.Dadaşov milliyə çağırıldığı üçünn qürur hissi keçirdiyini və təkcə uzun məsafəyə görə yorğun olduğunu bildirib.

“Proyssen”in baş məşqçisi Sven Hübşer Rüfəti sentyabrın 14-ü keçiriləcək “Viktoriya Köln”lə matçda oynadacağını bildirib.

 


Etiketlər:  Vətənə səfər etmək belə həmişə təcrübədir Rüfət Dadaşov


RƏYLƏR