Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Xaricdə təhsil dərdi: Bu şəxslərin diplom Bakıda niyə tanınmır? - VİDEO

Xaricdə təhsil dərdi: Bu şəxslərin diplom Bakıda niyə tanınmır? - VİDEO

Tarix: 10 Aprel 2022 11:38

Rusiya, Belarus, Ukraynada təhsil alan azərbaycanlı tələbələr narazılıq edirlər. Deyirlər ki, vətənə dönüb ixtisasları üzrə fəaliyyət göstərə bilmirlər. Aylar, hətta, illərdir ki, işsiz qalıblar. Çünki ixtisasları Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilmir. Məsələ ilə bağlı aidiyyəti qurumun da mövqeyini öyrənmişik. 

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, bu şəxslərin bəziləri Rusiya, bəziləri Ukrayna, bir hissəsi isə Belarusda tibb təhsili alıb. İndi isə ölkəmizə qayıdan gənclər sahələri üzrə fəaliyyət göstərə bilmədikləri üçün şikayətçidirlər. Deyirlər ki, onların  6 illik baza təhsili tanınsa da, ixtisasları  Səhiyyə nazirliyi tərəfindən təsdiq edilmir. Buna görə də hazırda heç bir xəstəxanada həkim kimi fəaliyyət göstərə bilmirik. 

Sayca 42 nəfər olduqlarını deyən bu gənclər  özlərinin təkliflərini  də irəli sürüblər. 

Məsələ ilə bağlı Səhiyyə Nazirliyinin aparıcı məsləhətçisi Nərmin Adıgözəlzadə bildirdi ki, sözügedən vətəndaşların təhsil aldıqları proqramla ölkəmizdəki proqram çox fərqlidir və buna görə də onlar üçün məhdudiyyətlər yaranıb. Bu şəxslərin praktiki tibb və əczaçılıq fəaliyyətinə buraxılması üçün Səhiyyə Nazirliyi tərəfindən layihə hazırlanaraq, Təhsil Nazirliyinə təkliflər göndərilib. 

Bütün müraciətlər nəzərə alınaraq, səhiyyə nazirliyində kollegiya iclası keçirlib və nazirliyin müvafiq komissiyasına təklif olunan layihə təsdiq olunana qədər mövcud vəziyyətin tənzimlənməsi üçün həmin şəxslərin ixtisasları üzrə biliklərinin və praktik bacarıqlarının qiymətləndirilməsi tapşırılıb... Komssiyanın qərarına əsasən müraciət edən şəxslərin xaricdə təhsil aldıqları ixtisasları üzrə ölkə ərazisində tibb fəaliyyəti ilə məşğul olmağa buraxılması məsələsi müəyyən ediləcək. Eyni zamanda səhiyyə nazirliyndən bildirilib ki, Komissiyanın işinə nəazrəti səhiyyə naziri birbaşa öz üzərinə götürüb. 

Təhsil Nazirliyindən isə bildirdilər ki, məsələyə baxılacaq və müvafiq rəy bildiriləcək. 

Milli.Az


Etiketlər:  Xaricdə təhsil dərdi Bu şəxslərin diplom Bakıda niyə tanınmır VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ