Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Alimlər ürək çatışmazlığı ilə yeni mübarizə üsulunu kəşf ediblər

Alimlər ürək çatışmazlığı ilə yeni mübarizə üsulunu kəşf ediblər

Tarix: 10 Aprel 2022 15:18

Böyük Britaniyanın Bristol Universitetinin alimləri ürək çatışmazlığı nəticəsində zədələnmiş ürək damarlarını bərpa etmək üsulunu kəşf ediblər.

Sonxeber.net oxu.az-a istinadən bildirir ki, ürəyin zədələnməsinin necə əmələ gəldiyini anlamaq üçün 1-ci və 2-ci tip şəkərli diabet olan siçanlar üzərində araşdırma aparılıb.

Mütəxəssislər qan damarlarında gelə bənzər təbəqə olan qlikokaliksi tədqiq ediblər. Məlum olub ki, ürəyin kiçik damarlarında bu struktur ilk növbədə müxtəlif xəstəliklər zamanı zədələnir.

Xüsusilə, tədqiqatçıların fikrincə, bu zərər ürəyin divarlarında mayenin hərəkətinin artması ilə əlaqələndirilir ki, bu da ürək əzələsinin sərtliyinin artmasına səbəb olur. Nəticədə ürək döyüntülər arasında düzgün dincələ və bədənə qan vura bilmir.

Qlikokaliks funksiyasını bərpa etmək üçün elm adamları diabetli gəmiricilərə angiopoetin-1 kimi tanınan bir maddə veriblər. Ultrasəs müayinəsi siçanların ürəklərinin döyüntülər arasında istirahət etmə qabiliyyətinin yaxşılaşdığını göstərib..

Britaniyalı mütəxəssislərin fikrincə, bu kəşf ürək çatışmazlığının yaranmasının səbəbini daha yaxşı anlamağa və müalicə etməyə kömək edəcək.


Etiketlər:  Alimlər ürək çatışmazlığı ilə yeni mübarizə üsulunu kəşf ediblər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ