Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Aprel 2022 16:55
Xəbər verdiyimiz kimi, Əməkdar artist Gülbahar Şükürlü bir neçə gün əvvəl şəhər restoranlarının birində ad gününü qeyd edib.
Sonxeber.net Axşam.az-a istinadən xəbər verir ki, özəl gününə 50 nəfər qonaq dəvət edən qarmon ifaçısı çağırmadıqlarının ondan incidiyini bildirib. Bu barədə sənətçi "Elgizlə izlə" verilişində danışıb:
"Çağırmadığım üçün nə qədər adam məni instaqramda, votsapda "qara siyahı"ya atıb. Nə bilim, utandım. "Qara siyahı"ya atanlara təşəkkür edirəm. Sağ olsunlar, iştirak etmək istəyiblər. 50 nəfər dəvət etmişdim. İstəyirdim hamını görüm, hər kəslə ünsiyyət qura bilim".
Qeyd edək ki, Gülbahar Şükürlünün ad günü martın 20-də olsa da, 10 gün sonra qeyd etmişdi.