Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ukraynada həlak olan snayper Elnur Goranboyda dəfn edilib - FOTO

Ukraynada həlak olan snayper Elnur Goranboyda dəfn edilib - FOTO

Tarix: 10 Aprel 2022 19:32

Ukraynada həlak olan azərbaycanlı snayper Elnur Həsənov Goranboyda dəfn edilib.

Ukrayna-Rusiya müharibəsində iştirak edən 29 yaşlı Elnur Elşən oğlu Həsənov martın 27-də paytaxt Kiyev yaxınlığında öldürülüb.

O, Kəlbəcər rayon Cəmilli kənd qeydiyyatında olub, Goranboy rayonun Qarasüleymanlı kəndində müvəqqəti məskunlaşıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, mərhumun nəşi günorta saatlarında ölkəmizə gətirilib. Ukraynada mərhumla təntənəli vida mərasimi keçirilib, mərasimdə Ukrayna dilində Azərbaycan himni səsləndirilib. Elnur Həsənov İrpen istiqamətində "Karpat Seçi" könüllü batalyonunun tərkibində döyüşüb. O, "Alik" ləqəbi ilə tanınıb.

Qeyd edək ki, mərhum ikinci Qarabağ Müharibəsinin iştirakçısıdır, ailəli olub, iki övladı var.

Milli.Az


Etiketlər:  Ukraynada həlak olan snayper Elnur Goranboyda dəfn edilib FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ