Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Mirşahin yazıçıları, şairləri “topa tutdu”

Mirşahin yazıçıları, şairləri “topa tutdu”

Tarix: 11 Aprel 2022 13:18

"Real TV"nin rəhbəri, jurnalist Mirşahin Ağayev qələm sahiblərini sərt tənqid edib.

Sonxeber.net xəbər verir ki, o "Mir Şahinin vaxtı" layihəsində çıxış edərkən onların Vətən Müharibəsindəki qələbəmizlə bağlı əsərlər yaratmamalarından şikayətlənib:

"Nə olub sizə? Hanı gölməçə boyda olub, özünü dəniz sayan şairlər, yazıçılar, bəstəkarlar?

Tutaq ki, əvvəllər bəhanəniz var idi. Qələbə ilə bitməyən davadan yazmaq çətin idi. Gərək üstündən xeyli keçsin, mövzu oturuşsun və s. İndi ki qələbəmiz var. Özü də necə bir qələbəmiz... Dünyaya nümunə olan. Hamı bu qələbəni öyrənir, tətbiq edir. Bəs hanı bizim "den pobedimiz"?! Hanı operamız, nəğmələrimiz, hanı hekayələrimiz?! Hara qeyb olmusuz? Kompleksdən çıxın hörmətli qələm sahibləri.

Yazın, qələbəmizi vəsf edin! Yazın... İnsanlar şəhid olub, əlini-qolunu, gözünü itiriblər. Azərbaycanın qalibiyyətinə layiq olmağa çalışın. Noyabrda Qələbəmizin 2 ili olacaq. Amma 2 əsərimiz belə yoxdur. Onu da Prezident yazmalıdır? Azərbaycanın qələbəsi heç də Lev Tolstoya "Hərb və sülh" yazdıran qələbədən əskik deyil. Əksinə artıqdır. Bəlkə əskik olan sizsiz?! Əgər belə deyilsə, sübut edin".


Etiketlər:  Mirşahin yazıçıları şairləri topa tutdu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ