Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu il əcnəbilər də Həcc ziyarətində iştirak edə biləcək

Bu il əcnəbilər də Həcc ziyarətində iştirak edə biləcək

Tarix: 11 Aprel 2022 14:02

Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi koronavirus pandemiyasının başlayandan bəri ilk dəfə olaraq xaricdən gələn zəvvarlara bu il Həcc ziyarətinə icazə verib və Məkkə ilə Mədinənin müqəddəs yerlərini ziyarət etməyə icazə verilən zəvvarların sayını bir milyona çatdırıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Səudiyyə Ərəbistanının Xəbər Agentliyi nazirliyə istinadən məlumat yayıb.

"Bu il həm krallıqdan, həm də xaricdən bir milyona qədər zəvvarın Həcc ziyarətinə icazə verilməsi qərarı Səudiyyə Ərəbistanının dünya müsəlmanlarının Həcc və Ümrə ayinlərini icra, Peyğəmbər məscidi və digər yerlər ziyarət edə bilməsi üçün Həccin davamlılığını təşviq etməkdə maraqlı olduğunu əks etdirir", - deyə məlumatda qeyd olunub.

O da bildirilib ki, bu il krallıqda qəbul olunmuş vaksinlərlə tam peyvənd olunmuş yaşı 65-dən aşağı olan şəxslər Həcc ziyarətinə gələ biləcəklər. Onlardan krallığa ərazisində girməzdən əvvəl 72 saat ərzində aparılan mənfi PCR test nəticəsini təqdim etmələri tələb olunacaq.

Milli.Az


Etiketlər:  əcnəbilər Həcc ziyarətində iştirak edə biləcək


RƏYLƏR