Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan nefti altı dollardan çox bahalaşıb

Azərbaycan nefti altı dollardan çox bahalaşıb

Tarix: 13 Aprel 2022 12:52

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti aprelin 12-də 109,11 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 6,48 dollar/barel çoxdur.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 107,01 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 6,46 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 66,45 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 6,45 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 105,33 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 6,83 dollar/barel çoxdur.


Etiketlər:  Azərbaycan nefti altı dollardan çox bahalaşıb


RƏYLƏR