Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Aprel 2022 17:20
Harper Cakobo və onun bacısı Qabriella 2021-ci ilin fevralında ABŞ-ın Nebraska ştatında dünyaya göz açıblar.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, 23 həftəlik doğulanda onların çəkisi cəmi 450 qram olub.
Doğuşdan sonra əkizlər xəstəxanaya aparılıblar. Həkimlər Harperin ağzı ilə mədəsi arasındakı borunun birləşmədiyini müəyyən ediblər. Uşaq cərrahı Stiven Rotenberq Harperin sağ qalan ən kiçik körpə olduğunu deyib.
Üst və alt yemək borusu birləşməyən bir çox körpə bu vəziyyətdən çıxsa da, ABŞ-da doğulan təxminən 4 100 körpədən birində bu hala rast gəlinir.
Buna nəyin səbəb olduğu aydın deyil, lakin elm adamları bir çox xəstənin həzm, ürək və böyrək problemlərinin olduğunu xəbərdar edərək, vəziyyətin genlərdəki anormallıqlardan qaynaqlandığını irəli sürüblər. İlk əməliyyatdan sonra həkimlər qida borusunu birləşdirmək üçün maqnit prosedurundan istifadə ediblər. Harper evə buraxılmazdan əvvəl həyatının ilk ilini xəstəxanada keçirib.