Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Aprel 2022 18:20
Xalq artisti Fatma Mahmudova və aktrisa qızı Nigar "Həmin Zaur" proqramında əsəbiləşib.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, aparıcı Zaur Kamal F.mahmudovaya "Niyə qızı ərə vermirsən" sualını ünvanlayıb. Aktrisa "Yüz dəfə demişəm mənim qızıma ərdən sual vermə. Hərənin bir qisməti, taleyi var. Onun da qisməti gələcək" sözlərini deyib.
Nigar isə onun dediklərinə əsəbiləşərək "Hər dəfə gələndə məni ərə verirsən, bəsdir. Heç kəs məndən inciməsin. Efir vasitəsilə hamıya deyirəm, xahiş edirəm, mənə artıq ərdən sual verməyin" cavabını verib.