Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Xarici dil kursları niyə bahadır? - VİDEO

Xarici dil kursları niyə bahadır? - VİDEO

Tarix: 13 Aprel 2022 18:44

Bəzi iş elanlarındakı əsas tələblərdən biri də xarici dil bilikləridir.  Bu da dil kurslarına olan təlabatı biraz da artırır. Paytaxtda isə kifayət qədər belə özəl tədris mərkəzləri var, hansı ki, istədiyimiz vaxt müraciət edə bilərik. Ancaq təklif edilən qiymətlər heç də hər kəs üçün əlçatan olmur. Xüsusilə tələbələr üçün . Məsələn, kurslardan birinin elanında fərdi hazırlıq qiymətləri 285 manatdan, qruplarla isə 105 manatdan başlayır. Alman, çin dili kimi dillərin tədrisi isə daha bahadır. 

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, tədris mərkəzlərindən birinin rəhbəri Cavidan Məmmədovun sözlərinə görə, kursların qiyməti əsasən məkana və kadr potensialına görə müəyyən olunur. 

Kurs rəhbəri deyir ki, son dövrlərçin vəkoreya dillərini öyrənmək istəyənlər çoxalıb.Təhsil Nazirliyi yanında ictimai şuranın üzvü İlqar Orucov isə bildirir ki, orta məktəblərdə xarici dil dərslərinin zəif tədris olunması belə kurslara axını artırır.

İlqar Orucovun fikrincə, orta məktəblərdə xarici dil dərslərinin tədrisi genişləndirilməlidir. 

Milli.Az


Etiketlər:  Xarici dil kursları niyə bahadır VİDEO


RƏYLƏR