Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Aprel 2022 21:06
Güclü külək Gürcüstanın regionları ilə yanaşı, paytaxt Tbilisidə də ciddi problemlər yaradıb. Yaranmış problemlərlə əlaqədar paytaxt sakinlərindən meriyaya onlarla zəng daxil olub.
Sonxeber.net AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Tbilisinin meri Kaxa Kaladze bildirib.
Qeyd edilib ki, güclü külək binaların dam örtüyünü uçurub, ağacları kökündən qoparıb. Təbii fəlakət nəticəsində bir nəfər həyatını itirib.
Mer deyib ki, Tbilisinin Varketili rayonu ərazisində kökündən qopan ağac iki qadının üstünə aşıb. Onlardan biri xəstəxanada ölüb.