Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Aprel 2022 22:00
Narkotik maddələrin trafiki, çirkli pulların yuyulması və dələduzluq kimi fəaliyyətlər göstərən cinayətkar təşkilatın başında duran erməni ailəsinin üzvləri həbs edilib.
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, Fransanın cənubunda yerləşən Bezye (Beziers) şəhərində cinayətkar təşkilatın başında duran erməni ailəsi həbs olunub.
Bildirilir ki, Bezye şəhərində Fransanın Milli Jandarm Müdaxilə Qrupu (GİGN) tərəfindən əməliyyat həyata keçirilib.
2020-ci ilin iyul ayında kokain alveri ilə bağlı ilkin tədqiqatlar nəticəsində 30 yaxın narkotik istifadəçisi müəyyən edilib. Bu trafikin tədarükçülərini tutmaq məqsədilə narkotik vasitələrin qanunsuz dövriyyəsi və silah qaçaqmalçılığı faktları ilə bağlı məhkəmə istintaqı başlayıb.
İstintaq davam etdikcə siqaret alveri, dələduzluq, hədə-qorxu ilə pul tələb etmə, cinayətkarların birləşməsi və çirkli pulların yuyulması kimi məqamlarda ortaya çıxıb və istintaqın müddəti uzadılıb.
Erməni ailəsinin şəbəkə rəhbərləri olan üzvləri zorakılıqla insanları qorxudublar. Bir çox aidiyyəti hüquq-müdafiə orqanlarının müdaxiləsi ilə 280 hərbçi səfərbər edilərək geniş əməliyyat həyata keçirilib. Bir neçə ay ərzində səbirlə izlənilən 20 şübhəli şəxs həbs edilib.
Əməliyyat nəticəsində, 18 tapança, çoxsaylı iri çaplı döyüş sursatları, 300 qram kokain, 540 qutu qaçaqmal siqaret və 77 min avro nağd pul götürülüb.