Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Moskva” kreyserinə ciddi ziyan dəyib - Rusiya MN açıqlama yaydı

“Moskva” kreyserinə ciddi ziyan dəyib -  Rusiya MN açıqlama yaydı

Tarix: 14 Aprel 2022 07:16

Rusiyanın "Moskva" raket kreyserində yanğın baş verib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, baş verən yanğın nəticəsində döyüş sursatları partlayıb, gəmiyə ciddi ziyan dəyib.

"Ekipaj tamamilə təxliyə edilib, yanğının baş vermə səbəbləri araşdırılır" - məluamtda qeyd olunur.

Qeyd edək ki, daha öncə "Moskva" kreyserinin Ukrayna hərbçiləri tərəfindən "Neptun" raketləri ilə vurulduğu məlumatı yayılıb. Bu barədə Odessa vilayəti hərbi administrasiyasının rəhbəri Maksim Marçenko məlumat paylaşıb. Məlumatda Rusiya gəmisinə ciddi ziyan dəydiyi qeyd olunub.

Milli.Az


Etiketlər:  Moskva kreyserinə ciddi ziyan dəyib Rusiya MN açıqlama yaydı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ