Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Aprel 2022 12:16
Rusiya Federasiyasının Müdafiə Nazirliyi bəyan edib ki, Ukrayna tərəfindən ölkə ərazisinə atəş açılsa, ya da diversiya və terror aktları həyata keçirilərsə, Rusiya silahlı qüvvələri, indiyədək vaz keçdiyi, qərarlar qəbul olan yerlərə, o cümlədən Kiyevə zərbələr endirəcək.
Sonxeber.net Ukrayna mediasına istinadən bildirir ki, Ukrayna Prezidenti Ofisinin rəhbərinin müşaviri Aleksey Arestoviç bu açıqlamaya cavab verib.
"Moskva Kiyevi vurarsa, Ukrayna mütləq şəkildə cavab zərbəsi endirəcək. Rusiya ilə bağlı imkanlarımız yaxşıdır", - A.Arestoviç deyib.