Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Aprel 2022 19:32
Dünən prezidentliyə namizəd, ultra-sağçı Marin Le Penin keçirdiyi mətbuat konfransında onun köməkçiləri yalnız plakat qaldırmaqla etiraz edən xanımı sürüyərək salondan çıxarıblar.
Sonxeber.net Axar.az-a istinadən xəbər verir ki, Fransa mətbuatı hadisənin görüntülərini paylaşıb.
Qeyd edək ki, Le Pen prezident seçiləcəyi təqdirdə Fransanın NATO-nun hərbi qanadından çəkiləcəyini, ölkəsinin Rusiya ilə yaxınlaşacağını qeyd edib. Le Pen prezident seçkilərinin 10 apreldə keçirilən birinci turunda topladığı 23,3% səslə Makrondan sonra ikinci yerdədir. Seçkinin ikinci turu 24 apreldə keçiriləcək.
Xanım etirazçı yalnız Putinlə Le Penin ürək formasında olan birgə şəklini qaldırmaqla, fransız siyasətçinin rus diktatora sevgisinə qarşı çıxıb. Onun hansısa etiraz səsləndirməməsinə, təhqir və nalayiq hərəkətlərə yol verməməsinə baxmayaraq, mühafizəçilər xanımı yerə yıxıb, salondan sürüməklə çölə çıxarıblar.