Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Aprel 2022 11:02
Britaniya daha iki rus oliqarxa: Roman Abramoviçin yaxın adamları Yevgeniy Tenenbaum və David Davidoviçə qarşı sanksiyalar elan edib.
Sonxeber.net BBC-yə istinadən xəbər verir ki, "Çelsi" futbol klubunun direktoru Yevgeniy Tenenbaum və David Davidoviç 10 milyard funt sterlinq (13 milyard dollar) dəyərində aktivlərindən məhrum ediliblər.
Britaniyanın xarici işlər naziri Liz Trass bildirib ki, bu, ölkə tarixində ən böyük aktiv dondurulmasıdır. Fevraldan bəri Britaniya sanksiyalarına məruz qalanların ümumi sayı 106 nəfər olub.
Tenenbaum əvvəllər Abramoviçin ən yaxın biznes tərəfdaşlarından biri kimi sayılırdı. Korporativ sənədlər göstərir ki, o, fevralın 24-də Abramoviçə bağlı olan "Evrington Investments Limited" investisiya şirkətinə nəzarəti ələ keçirib.
ABŞ-da Abramoviçin şəxsi "Gulfstream" təyyarəsi faktiki olaraq yerə endirildi, çünki ABŞ Ticarət Departamenti onun sanksiyaları pozan bir sıra təyyarələrdən biri olduğunu söylədi.
Xatırladaq ki, bu həftə Cersi adasının məhkəməsi Roman Abramoviçin 5,4 milyard funt-sterlinq məbləğində aktivlərini dondurub.
Aslan Məmmədov