Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

PSJ azarkeşləri Neymarı boykot edə bilər

PSJ azarkeşləri Neymarı boykot edə bilər

Tarix: 13 Sentyabr 2019 01:20

PSJ-də Neymara görə klub rəhbərliyi ilə azarkeşlər arasında gərginlik artır.

Qol.az Fransa mətbuatına istinadən xəbər verir ki, çərşənbə günü Ultras Collectif Ultra Paris qrupu azarkeşlik etdikləri klub nümayəndələri ilə görüşüb. Onlar braziliyalı hücumçunun Fransa çempionatının 5-ci turunda "Straqsburq"la matçda mümkün qayıdışını müzakirə ediblər. Klub nümayəndələri bildiriblər ki, 27 yaşlı futbolçu sözügedən görüşdə oynamalıdır. Azarkeş qrupu isə Neymarın komandadan getmək istədiyini açıq şəkildə ifadə etməsindən narazılığını bildiriblər. Onlar braziliyalı oyunçuya qarşı bannerlər asacaqlarını söyləyiblər. PSJ rəhbərliyi isə azarkeş qrupundan təmkinli olmağı xahiş edib. Ancaq buna rədd cavabı tərəflər arasında gərginliyi artırıb.

Azarkeşlərin Neymarı "Strasburq" və ya Çempionlar Liqasının qrup mərhələsinin 1-ci turunda "Real"la görüşdə boykot edəcəyi gözlənilir.

 


Etiketlər:  PSJ azarkeşləri Neymarı boykot edə bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ