Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Xarkovda yaşayış bölgəsi vuruldu: 10 ölü

Xarkovda yaşayış bölgəsi vuruldu: 10 ölü

Tarix: 16 Aprel 2022 09:00

Rusiya hərbçilərinin Xarkovda yaşayış bölgəsini atəşə tutması nəticəsində ölənlərin sayı 10 nəfərə çatıb.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə Ukrayna Baş Prokurorluğu məlumat yayıb.

Daha 35 nəfərin yaralandığı bildirilir.

Həmçinin bir sıra evlərə ciddi ziyan dəyib.

Faktla bağlı Ukrayna Cinayət Məcəlləsinin müvafiq maddələri üzrə ibtidai istintaq başlayıb.

Xatırladaq ki, aprelin 15-də saat 16:30 radələrində Rusiya hərbçiləri Xarkov şəhərinin Sənaye Məhəlləsini "Uraqan" reaktiv yaylım atəşi sistemləri ilə atəşə tutublar.

Milli.Az


Etiketlər:  Xarkovda yaşayış bölgəsi vuruldu 10 ölü


RƏYLƏR