Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Aprel 2022 14:00
Bəzi iri beynəlxalq daşıyıcılar Rusiya məhsullarını tədarük etməkdən imtina edirlər. Bu barədə Rusiyanın Sənaye və Ticarət Nazirliyindən məlumat verilib.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bildirilib ki, bir sıra iri beynəlxalq daşıyıcıların, ilk növbədə, Rusiyaya dost olmayan dövlətlərə məxsus daşıyıcıların əməkdaşlıqdan imtina etməsi səbəbindən yaranan müəyyən çətinliklər aradan qaldırılıb.
"Çətinliklər Aİ-nin Rusiya nömrəli yük maşınlarının ölkəyə girişinə qadağa qoyması səbəbindən yaranıb. Həmçinin Avropa sığorta şirkətlərinin Rusiya ərazisində Aİ-dən gələn avtomobillər üçün riskləri qarşılamaqdan imtina etməsi də öz təsirini göstərib", - deyə nazirlikdən açıqlama verilib.
Həmçinin qeyd olunub ki, nazirlik vəziyyətə nəzarət edir və Rusiya şirkətlərinə problemlərin həllində köməklik göstərir. Eyni zamanda situasiya mərkəzi və qaynar xətt fəaliyyət göstərir.